Yağdəyişmə

Mühərrik yağının dəyişdirilməsi

          “Aztech & Tegeta Motors” – un sizə təklif etdiyi yağlar dünyada öndə gedən yağlar sırasında olmaqla yanaşı həm də orjinallığını tamamilə qoruyub saxlamaqdadır. Yağlarımızdan istifadə etdikdə həm avtomobilinizin mühərrikinin uzunömürlü olmasına, həm də mühərrik yağının pulsuz  dəyişdirilməsinə nail olacaqsınız.

Avtomatik sürətlər qutusunun yağının tam dəyişdirilməsi

             Transmissiyanin ən əsas hissələrindən biri sürətlər qutusudur. Sürətlər qutusu avtomatik və mexaniki olmaqla iki hissəyə bölünür. Şirkətdaxili servisimizdə avtomatik sürətlər qutusunun yağı, təcrübəli ustalarımız tərəfindən xüsusi qurğu vasitəsi ilə tam olaraq dəyişdirilir.

Ötürücü mexanizmlərin yağının dəyişdirilməsi

               Sürətlər qutusu ilə bərabər ötürücü mexanizmlər də transmissiyanın aparıcı hissələrindəndir (most və razdatka). Bildiyimiz kimi bir–biri ilə qarşılıqlı sürtünmədə olan hissələr arasında yağlanma olmağı vacib amillərdəndir. Hər bir mexanizmdə də yağın istismar müddəti vardır. Servisimizdə bu mexanizmlərin yağının istismar keyfiyyəti təyin edilərək  ideal şəkildə dəyişdirilir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     

Hidravlik sükanın yağının dəyişdirilməsi

                İdarəetmənin ən vacib hissələrindən biri sükan mexanizmidir. Avtomobildə sükan mexanizmi sadə mexaniki, hidravlik və elektro-mühərrikli olmaqla növlərə ayrılır. Hidravlik sükan mexanizmi adından məlum olduğu kimi yağın təzyiqilə işləyir. Hidravlik nasosun və bu sistəmə aid olan digər hisslərin sıradan çıxmamasını təmin etmək üçün bu sistemin yağı təyin olunmuş müddətdə  dəyişdirilməsi servisimiz tərəfindən tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın !
Ən son məlumatları buradan izləyin: